Xidmətin səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkədaxili və beynəlxalq istiqamətlər üzrə hərəkət edən sərnişin qatarlarına gediş sənədlərinin (biletlərin) Online rejimində İnternet vasitəsi ilə satışını təşkil edir.
İnternet vasitəsi ilə gediş sənədlərinin (biletlərin) satışı qatarın yola düşməsinə 10 gün qalmış başlayır.
Qatarda olan boş yerlər və gediş haqqı barədə məlumat əldə etmək üçün qatarların hərəkət cədvəli ilə tanış olun.
Diqqət! Online rejimində gediş sənədlərinin (biletlərin) satışı zamanı güzəştli tariflər nəzərdə tutulmur.
1. Gediş sənədinin (biletin) alınması üçün login və parolunuzu daxil edin
2. Aşağıdakı seçimləri edin:
3. Marşrut üzrə hərəkət edən qatarlardan birini seçin:
Qatar pəncərəsinin yanındakı düyməni sıxdıqda seçdiyiniz marşrut üzrə hərəkət edən bütün qatarlar barədə məlumat çıxacaqdır.
4. Qatarı seçdikdən sonra, qatarın tərkibində olan istənilən vaqonu seçib, tam və uşaq biletlərin sayını göstərdikdən sonra Axtarış düyməsini sıxın.
Sorğunuza cavab olaraq aşağıdakı cədvəl ekrana gələcəkdir
5. Cədvəldə göstərilən məlumatlar sizi qane edirsə Sərnişinlər barədə məlumatı daxil edin düyməsini sıxın. Növbəti səhifədə sərnşinlər barədə məlumatları daxil edin Qeydə alınsın düyməsini sıxın. Sərnişin barədə məlumatların sistemə düzgün daxil edilməsinə görə istifadəçi məsuliyyət daşıyır.
6. Gediş haqqının ödənilməsi
Gediş sənədlərinin alınması üçün əməliyyatlar plastik kartları vasitəsi ilə aparılır. Bank tərəfindən müəyyən olunmuş prosedurları keçdikdən sonra əməliyyat aparılır.
Əməliyyat başa çatdıqdan sonra Sizə aldığınız biletlər, qatarın adı, vaqonun və yerin nömrəsi, yola düşmə və çatma tarixləri, sərnişinlər və s. məlumatlar təqdim olunacaqdır. Bu məlumatlar həmçinin Sizin elektron ünvanınıza da göndərilə bilər.

Siz həmin məlumatları yadda saxlaya (kassadan bileti almaq üçün) və yaxud çap edə bilərsiniz.
“Azərbaycan Dəmir Yolları” QSC fiziki şəxslərə plastik kartlardan istifadə etməklə internet vasitəsi ilə Online rejimində ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən sərnişin qatarlarına gediş sənədlərinin (biletlərinin) alınması üçün xidmətlər təklif edir.
İnternet vasitəsi ilə sifarişlərin qəbulu prosedurlarını yerinə yetirərkən anlaşılmamazlıqların yaranmaması üçün sifarişlərin sənədləşdirilməsi və biletlərin alınması Qaydaları ilə mütləq qaydada tanış olmağınız vacibdir.
Web-saytın köməyi ilə Siz istər ölkə daxilində, istərsə də ölkədən kənara hərəkət edən sərnişin qatarlarının hərəkəti istiqamətində istənilən təyinat məntəqəsinə marşrut üzrə sifariş verə bilərsiniz (Bakı-Astara-Horadiz və Bakı-Astara qatarlarının əks istiqamətləri müvəqqəti istisna olmaqla).
İnternet vasitəsi ilə aparılan sifarişlər üzrə ödənişlər plastik kartlar vasitəsi ilə həyata keçirilir.
Onlayn bilet satışı sistemində aşağıda qeyd olunan əməliyyatlar aparılmır:
- güzəştli tariflərlə biletlərin sənədləşməsi üçün sifarişlər. Bu kateqoriyadan olan istifadəçilərdən “Azərbaycan Dəmir Yolları” QSC-nin bilet kassalarına müraciət etmələri xahiş olunur;
- şəhərətrafı istiqamətdə hərəkət edən elektrik qatarlarına.
İnternet vasitəsi ilə bilet sifarişləri hər gün səhər saat 07:00-dan 23:00-a qədər aparılır. Sistemdə profilaktik işlərlə əlaqədar hər gün saat 23:00-dan növbəti günün saat 07:00-dək Online rejimində sifariş qəbul edilmir.
İnternet vasitəsi ilə bir əməliyyatla maksimum 4 bilet sifariş oluna bilər.
Biletlərin alınması üçün internet vasitəsi ilə sifariş vermiş və gediş haqqını plastik kartla ödəmiş istifadəçi biletini 10 gün müddətində qatarın yola düşməsinə 1 (bir) saat qalanadək “Azərbaycan Dəmir Yolları” QSC-nin bilet kassasına yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi və yaxud sifariş blankını təqdim etməklə ala bilər.
İnternet vasitəsi ilə biletlər üçün sifarişlər sərnişin qatarlarının başlanğıc stansiyadan yola düşməsinə 2 saat qalmışadək aparılır.
Boş yerlərin axtarılması üçün aşağıda qeyd olunan məlumatları daxil edin:
Qeyd: 5 yaşdan 10 yaşadək olan sərnişinlər üçün uşaq bileti alınır. Valideynlərdən biri 5 yaşadək bir uşağını özü ilə pulsuz aparmaq hüququna malikdir. Sərnişin 5 yaşadək ikinci, üçüncü və s. uşaqlarını da özü ilə aparmaq istədiyi halda həmin uşaqların hər birinə uşaq bileti almalıdır. Uşaqlı sərnişinlər qatara minərkən uşağın doğum haqqında şəhadətnaməsini vaqon bələdçisinə təqdim etməlidir. 10 yaşı tamam olan uşaqlara gediş sənədi tam tariflə verilir.
Diqqət! Alınan biletlərin sayından asılı olmayaraq 9-cu bənddə qeyd olunan əməliyyatların yerinə yetirilməsi üçün Sizə 10 dəqiqə vaxt verilir.
Sərnişin qatarlarının tərkibinə aşağıdakı 5 növ vaqonlar qoşulur:
Qeyd etdiyiniz vaqonda yer olmadığı halda digər vaqonları nəzərdən keçirmək lazımdır.
Sistem seçdiyiniz marşrut üzrə qatarın nömrəsi, adı, yola düşmə və təyinat məntəqəsinə çatma tarixi və saatı, vaqonun növü, yerin nömrəsi, eyni zamanda qeyd olunan gediş parametrinə uyğun olaraq gediş haqqı tarifləri barədə məlumatları Sizə təqdim edəcəkdir.
Sərnişin barədə məlumatların sistemə düzgün daxil edilməsinə görə istifadəçi məsuliyyət daşıyır. Gediş sənədində sərnişin barədə məlumatlar böyük hərflərlə ölkədən kənara gedən qatalara rus dilində, ölkədaxili qatarlara isə azərbaycan dilində daxil edilir.
İnternet vasitəsi biletlərin alınması üçün railway.gov.az saytının Onlayn bilet bölməsində qeydiyyatdan keçmək mütləqdir. Qeyiyyatdan keçərkən adınızı, soyadınızı, elektron ünvanınızı, əlaqə telefonunuzu, şəxsiyyət vəsiqəsinin (ümumvətəndaşlıq pasportunun) seriya və nömrəsini və sair məlumatları daxil etmək lazımdır. Bu zaman məlumatların dəqiqliyinə diqqət yetirmək vacibdir.
Təhlükəsizlik kodu qeyd edilərkən xırda və iri şriftli hərflərin fərqinə nəzər yetirmək lazımdır. Əgər baxış zamanı seçmək mümkün olmadıqda müvafiq olaraq "yenilə" düyməsini sıxmaq lazımdır. Məlumatların daxil edilməsi ilə yanaşı İstifadə qaydaları ilə tanış olun və razı qaldığınız halda Qeyddiyyat düyməsini sıxın.
Onlayn bilet bölməsində qeydiyyatdan keçən istifadəçi ona verilən login və paroldan müddətsiz və limitsiz istifadə edə bilər.
Ölkədaxili qatarlara minik üçün sərnişin bileti şəxsiyyəti təsdiq edən sənəd (ümumvətəndaşlıq pasportu), uşaq tarifi ilə alınan bilet isə doğum haqqında şəhadətnamə və ya uşağın şəxsiyyətini təsdiq edən sənəd əsasında aparılır.
Ölkədən kənara hərəkət edən sərnişin qatarlarına isə minik üçün biletlər yalnız ümümvətəndaşlıq pasportu əsasında aparılır.
Gediş sənədlərinin alınması üçün əməliyyatlar plastik kartları vasitəsi ilə aparılır.
Bank tərəfindən müəyyən olunmuş prosedurları keçdikdən sonra əməliyyat aparılır.
Əməliyyat başa çatdıqdan sonra Sizə aldığınız biletlər, qatarın adı, vaqonun və yerin nömrəsi, yola düşmə və çatma tarixləri, sərnişinlər və s. məlumatlar təqdim olunacaqdır. Bu məlumatlar həmçinin Sizin elektron ünvanınıza da göndərilə bilər.
Siz həmin məlumatları yadda saxlaya (kassadan bileti almaq üçün) və yaxud çap edə bilərsiniz.
İnternet vasitəsi ilə ölkədaxili və ölkədən kənara gedən qatarlara əldə olunmuş sifariş blankı və ya sərnişinin şəxsiyyətini təsdiq edən sənədlər dəmiryolu stansiyalarındakı bilet kassalarına təqdim olunur.
Təqdim olunmuş sifariş blankı və ya sənədlərdəki məlumatlar kassir tərəfindən yoxlanıldıqdan sonra sərnişinə bilet verilir.
Bileti və şəxsiyyətini təsdiq edən sənədi vaqon bələdçisinə təqdim etdikdən sonra sərnişinin qatara minməsinə icazə verilir.
Qatarın yola düşməsinə 1 saat qalanadək internet vasitəsi ilə sifariş olunmuş biletlər dəmiryolu kassalarında sənədləşdirilməlidir.
Anlaşılmamazlıq yaranmaması üçün vaxtında bilet kassasına müraciət etmək lazımdır.
Yadda saxlamaq lazımdır ki, sərnişinin qatara minməsinə yalnız öz adına sənədləşdirilmiş biletlə icazə verilir.
Hər bir sərnişin (tam və ya uşaq bileti) 36 kq-a qədər əl yükünü özü ilə pulsuz apara bilər.
İnternet vasitəsi ilə sifariş olunmuş yerlərin başqasının adına dəyişdirilməsi hallarına yol verilmir.
Sərnişin tərəfindən istifadə olunmayan bilet şəxsiyyətini təsdiq edən sənədlə birlikdə dəmiryolu kassasına vaxtında (geri qaytarma Qaydalarının müddətlərinə uyğun olaraq) təqdim olunduqda geri qaytarılma əməliyyatı aparılır. Geri qaytarılma Qaydalarının müddətindən asılı olaraq qaytarılacaq məbləğ biletə görə ödənilmiş bank kartına beynəlxalq ödəmə sistemi qaydalarına müvafiq olaraq sənədləşmənin aparıldığı andan 7 təqvim günündən 30 təqvim gününədək qaytarılır.
Sifariş blankını biletə dəyişdirdiyiniz halda kassaya təqdim olunma müddətindən asılı olaraq geri qaytarma əməliyyatı aşağıdakı qaydada aparılır:
- qatarın yola düşməsinə 24 saat qalanadək biletin dəyəri tam şəkildə qaytarılır;
- qatarın yola düşməsinə 24 saatdan 6 saata qədər vaxt ərzində biletin dəyərinin 90 faizi qaytarılır;
- qatarın yola düşməsinə 6 saatdan az vaxt qaldıqda və qatar yola düşdükdən sonra 3 saat ərzində, eyni zamanda bədbəxt hadisə və xəstəliklə əlaqədar təsdiqedici sənədlər təqdim olunduğu halda qatarın yola düşməsindən 10 təqvim günü müddətində biletin dəyərinin 75 faizi qaytarılır.
Geri qaytarma əməliyyatının yerinə yetirilməsi zamanı servis xidmətləri sərnişinə tam qaytarılır və ölkədaxili istiqamətdə 0.60 AZN, beynəlxalq istiqamətdə 2.00 AZN geri qaytarma əməliyyatının sənədləşməsinə görə əlavə pul tutulur. Bu zaman gediş sənədinin (biletin) alınmasına görə əvvəlcədən ödənilən komisyon yığım pulları sərnişinə qaytarılmır.
İstifadə olunmayan biletlərə görə ödənclərin qaytarılması biletdə qeyd edilən şəxsiyyəti təsdiq edən sənəd və ya notarial qaydada rəsmləşdirilmiş etibarnamə əsasında aparılır. Etibarnamə kassada saxlanılır.